Tokioda restoranda baş verən partlayış nəticəsində 4 nəfər yaralanıbbackend

Tokioda restoranda baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın paytaxtı Tokioda restoranda baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Xəbərə daxil olan görüntülərdə restorandan qalxan tüstü və yola səpələnmiş şüşə parçaları diqqət çəkib.

Partlayışın baş verdiyi əraziyə Tokio Böyükşəhər Qubernatorluğundan yanğınsöndürənlər və polis qüvvələri göndərilib.

Cinayət yeri mühafizə olunub.

8 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verən yanğın qısa müddətdə söndürülüb. Tokio Yanğınsöndürmə İdarəsinin məlumatına görə, partlayış nəticəsində restoranın 2 əməkdaşı və binanın yanından keçən 2 piyada xəsarət alıb.

Restoranın meneceri NHK telekanalına bildirib ki, partlayış siqaret çəkən yerdə baş verib.

Polis qüvvələri restoranda partlayışa səbəb olduğu iddia edilən təbii qaz sızmasının mənbəyini araşdırır.