Tramp 150-dən çox ölkəni tariflərlə HƏDƏLƏDİbackend

Tramp 150-dən çox ölkəni tariflərlə HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp eyni anda 150-dən çox ölkəni tariflər tətbiq etməklə hədələyir.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

ABŞ prezidenti Bəhreyn şahzadəsi ilə Ağ Evdə keçirdiyi görüşdə tezliklə bu ölkələrə yeni tariflər barədə vahid bildiriş göndərəcəyini bildirib.

Onun sözlərinə görə, tariflər hamı üçün eyni olacaq və “böyük əməliyyatların aparılmadığı kiçik ölkələrə” təsir edəcək.

Baza rüsum hazırda 10% təşkil edir, lakin Tramp əvvəllər 15-20%-ə qədər artıma işarə edirdi.

O, əvvəllər Aİ, Yaponiya və Cənubi Koreyaya ayrıca məktublar göndərmişdi – orada rüsumlar avqustun 1-dən qüvvəyə minəcək.

Xuraman Etibarlı

İnterpress.az