ABŞ-ın sabiq prezidenti Donald Tramp Çindən 60 trilyon dollar həcmində reparasiya ödəməsini tələb edib.
“Fox” telekanalının yaydığı məlumatda deyilir ki, Tramp bu vəsaitin koronavirus pandemiyasının vurduğu ziyanın qismən kompensasiya edilməsinə yönəldiləcəyini açıqlayıb: “Onlar bu təzminatı ödəməlidirlər, amma təəssüf ki, hazırda Çinin bu qədər pulu yoxdur. Həmin vəsait bütün dünya üçün nəzərdə tutulmalıdır”.
Eks-prezident dünyanı bürümüş COVİD-19 virusunun məhz Çində laboratoriyada hazırlandığına aid dəqiq məlumatlara malik olduğunu da vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl Amerika kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı məxfi hesabatın bir qismini KİV-lərdə dərc etmişdir. Araşdırmaların yekununda yerli mütəxəssislər bu qənaətə gəliblər ki, koronavirus bioloji silah qismində Çinin laboratoriyasında hazırlanmışdır. (reyting.az)