Tramp Putinə yanvarda keçiriləcək andiçmə mərasiminə dəvət göndərməyib.
İnterpress.az xəbər verir ki, bu barədə dekabrın 12-də Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O bildirib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə yanvarda keçiriləcək andiçmə mərasiminə dəvət göndərməyib.
“Xeyr, göndərməyib”, – o, müvafiq suala belə cavab verib.
Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Putinlə Tramp arasında söhbətin hələ planlaşdırılmadığını, lakin inauqurasiyadan əvvəl baş tuta biləcəyini bildirmişdi.
Respublikaçıların ABŞ-nin rəhbəri kimi andiçmə mərasiminə dəvət Çin sədri Si Cinpinə göndərilib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib: Donald Tramp Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edib. Səsvermənin rəsmi nəticələri 2025-ci il yanvarın 6-da yeni Konqres tərəfindən təsdiqlənəcək.
Xuraman Etibarlı
İnterpress.az