Analitiklər Trampın Rusiyanın tərəfdaşlarına vəd etdiyi 100% tarifləri tətbiq edəcəyinə şübhə edirlər.
İnterpress.az xəbər verir ki, bu barədə NYT yazıb.
Onların fikrincə, Çin və Rusiya arasında irimiqyaslı ticarət – ildə təxminən 250 milyard dollar, əsasən də neft hesabına belə bir addımın atılması ehtimalı azdır.
Tariflər Pekinlə açıq qarşıdurmaya səbəb olacaq və Tramp çətin ki, Ukraynaya görə riskə getsin.
Ekspertlər onu da xatırladırlar ki, Tramp tez-tez son nəticədə həyata keçirməyəcəyi ultimatumlarla hədələyir. Ona görə də Putin üçün 50 günlük səlahiyyət müddəti başa çatdıqdan sonra onun nəsə edəcəyinə şübhə edirlər.
Xuraman Etibarlı
İnterpress.az