Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən bütün qayıqları məhv etməyi əmr edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı gərginliklə bağlı sərt qərarlar qəbul edib.
O, ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazda mina yerləşdirməyə çalışan istənilən qayıqların dərhal məhv edilməsi barədə göstəriş verib.
Tramp, həmçinin hazırda Amerika qüvvələrinin boğazda minalardan təmizləmə əməliyyatları apardığını açıqlayıb və bu işlərin intensivliyinin üç dəfə artırılması üçün tapşırıq verib.
Xuraman Etibarlı
İnterpress.az






