Trampdan Kimmelın “dul” zarafatına SƏRT CAVAB: Dərhal işdən qovulsun! – VİDEObackend

Trampdan Kimmelın “dul” zarafatına SƏRT CAVAB: Dərhal işdən qovulsun! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Cimmi Kimmelın dərhal işdən qovulmasını tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp teleaparıcı Cimmi Kimmelı sərt şəkildə tənqid edərək onun dərhal işdən qovulmasını tələb edib.

Buna səbəb Kimmelın öz eskizlərinin birində Melaniya Trampı “gələcəyin dul qadını” adlandırması olub.

Bu zarafat Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyində baş verən atışma hadisəsindən bir neçə gün əvvəl səsləndirilib.

“Kimmelın şiddətə çağıran bu iyrənc çıxışına insanların çoxunun qəzəblənməsini qiymətləndirirəm. Normalda onun söylədiklərinə reaksiya verməzdim, lakin bu artıq bütün hüdudları aşır. Cimmi Kimmel dərhal “Disney” və “ABC” tərəfindən işdən çıxarılmalıdır”, –  Tramp bildirib.

Xuraman Etibarlı

İnterpress.az