ABŞ səlahiyyətliləri təcili yardım üçün nəzərdə tutulan 500 ton yeməyi yandırmağa hazırdır.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Pakistan və Əfqanıstandan uşaqlar üçün alınan peçenyeləri yandırmağı əmr edib.
“USAID Bayden dövründə bu peçenyelərə təxminən 800 min dollar xərcləyib. Tramp dövründə xarici yardımın dayandırılmasından sonra agentlik əməkdaşları bu yeməyin tədarükü üçün razılıq almağa çalışıblar, lakin cavab ala bilməyiblər.
Bu arada, peçenyelərin müddəti bitmək üzrədir. Nəşrin məlumatına görə, bu peçenyelər təxminən 1,5 milyon uşağı bir həftə qidalandırmaq üçün kifayətdir.
Ərzaqların məhv edilməsi üçün Amerika vergi ödəyicilərinin 130 min dollar pulunun lazım olacağı iddia edilir”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az