Tükürpədici CİNAYƏT: Dayı balaca bacısıqızını çaya ataraq ÖLDÜRDÜ – VİDEObackend

Tükürpədici CİNAYƏT: Dayı balaca bacısıqızını çaya ataraq ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində dayı balaca bacısıqızını çaya ataraq qətlə yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Çində eşidənləri dəhşətə gətirən amansız cinayət hadisəsi baş verib. Bir kişi gəzintiyə çıxarmaq bəhanəsi ilə yanına aldığı balaca bacısıqızını qəfildən qucağına qaldıraraq sürətlə axan çaya atıb.

Tükürpədici cinayət anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyəbəsaniyə qeydə alınıb.

Hadisəni görən şahidlər dərhal suya atılaraq azyaşlı qızı xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər və uşaq suda boğularaq ölüb.

Törətdiyi vəhşi əməldən sonra hadisə yerindən qaçan dayı polis əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb.

Aparılan ilkin müayinələr zamanı onun psixoloji durumunda ciddi qüsurlar aşkarlanıb və cinayətkar dərhal nəzarət altında xüsusi psixiatriya klinikasına yerləşdirilib.

Faktla bağlı “azyaşlını qəsdən öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə-psixiatrik ekspertizalarının nəticələrindən sonra onun barəsində yekun hökm veriləcək.

Xuraman Etibarlı

İnterpress.az