Tunisdə Xalq Məclisi Afrika İxrac-İdxal Bankından (Afreximbank) yarım milyard dollarlıq kreditin alınmasına dair razılaşmanı təsdiqləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sessiyada Tunis ilə Afrika İxrac-İdxal Bankı arasında əldə olunan razılaşma 2 əleyhinə, 5 bitərəf olmaqla 126 deputat tərəfindən qəbul edilib.
Sessiyadakı çıxışında maliyyə naziri Siham Buqadiri Nemsiyye borclanmanın COVID-19 epidemiyası və Rusiya-Ukrayna müharibəsi kimi xarici amillərlə əlaqəli olduğunu bildirib.
Nemsiyye 2022-ci ilin sonu etibarilə borclanma həcminin 115 milyard dinara çatdığını, bunun yüzdə 46,7-nin xarici, yüzdə 33-nün isə daxili borc olduğunu bildirib.
Son on ildə Tunisdə iqtisadi böhran dərinləşib və artıb
Tunisdə son on ildə siyasi böhranın yaratdığı iqtisadi böhran dərinləşməkdə davam edir.
2021-ci ilin may ayından Beynəlxalq Valyuta Fondu (BVF) ilə 1,9 milyard dollarlıq yeni kredit üçün danışıqlar aparan Tunis hökuməti Rusiya-Ukrayna müharibəsindən sonra iqtisadi böhranın dərinləşməsi fonunda xarici investisiyaları cəlb edəcək islahatlar üzərində işləyir.