Tunisin əksər hissəsi enerji ötürücü mərkəzində yaranan nasazlıq səbəbindən təxminən 2,5 saat işıqsız qalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tunis Sənaye və Mədən Nazirliyindən verilən açıqlamada elektrik enerjisinin kəsilməsinin ölkə daxilində yerli vaxtla saat 01.30 radələrində başladığı və saat 04.00-a qədər davam etdiyi bildirilib.
Açıqlamada, geniş yayılmış kəsintiyə səbəb olan nasazlığın araşdırıldığı qeyd edilib: “Tunis Elektrik və Qaz Paylama Şirkətinin texniki qrupu elektrik enerjisinin kəsildiyi bölgələrdə işlərini davam etdirir. Bölgələrin 99 faizi Kəsənin baş verdiyi yerdə elektrik enerjisi bərpa edilib”.
Açıqlamada həmçinin bildirilib ki, Binzert və Kef şəhərlərinə elektrik enerjisi verilərkən transformatorlarda baş verən yanğınlar tamamilə söndürülüb.
Tunisdə sonuncu genişmiqyaslı elektrik kəsilməsi 31 avqust 2014-cü ildə olub.