Türk Hava Yolları Ankara-Bakı və Bakı-Ankara xüsusi uçuşlarına başlayırbackend

Türk Hava Yolları Ankara-Bakı və Bakı-Ankara xüsusi uçuşlarına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 dəfə planlanıbdır və AnadoluJet markası ilə həyata keçiriləcəkdir.

Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Bakı – Ankara – Bakı reysinə bilet əldə etmək, www.anadolujet.com web səhifəsini ziyarət etmək vəya səlahiyyətli agentliklərə müraciət etməklə mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusiylə qeyd etmək istəyirik.

Əlavə olaraq Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək, Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaqdır. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcəkdir.

İnterpress.az