Türkiyə Ərəb Liqasına yaxınlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan 2024-cü il sentyabrın 10-da Qahirədə keçiriləcək Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci növbəti iclasına dəvət olunub.
Bu hadisə Türkiyə ilə ərəb ölkələri arasında artan əməkdaşlığı əks etdirir.
Son illər Türkiyənin ərəb ölkələri ilə əlaqələri xeyli möhkəmlənib. Bu, Ərəb Liqasının Türkiyəyə qarşı mövqeyinin yumşalmasında özünü göstərib.
Xatırladaq ki, 2024-cü ilin may ayında keçirilən Ərəb Liqasının 33-cü sammitində “Ərəb Dövlətlərinin Daxili İşlərinə Türkiyənin Müdaxiləsi üzrə Ərəb Nazirlər Komitəsi” ləğv edilib və Zirvə Bəyannaməsində Türkiyəyə qarşı hər hansı iddiaya toxunulmayıb.
Xuraman Etibarlı
İnterpress.az