“Türkiye Gazetesi”: FETÖ ABŞ-nin maraqlarına xidmət edən “qlobal alət” olubbackend

“Türkiye Gazetesi”: FETÖ ABŞ-nin maraqlarına xidmət edən “qlobal alət” olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 FETÖ ABŞ-nin “qlobal aləti” kimi fəaliyyət göstərib.

İnterpress.аz xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.

Türkiyədə əvvəllər hazırlanan hesabatlara istinadən yayılan məlumatlara görə, FETÖ terror təşkilatı ABŞ-nin “qlobal aləti” kimi çıxış edib və Amerika xüsusi xidmət orqanları ilə sıx əlaqələr saxlayıb.

Təşkilatın lideri Fətullah Gülənin 1999-cu ildə ABŞ-yə köçməsindən sonra ciddi xarici dəstək aldığı, FETÖ-nün fəaliyyətinin isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) göstərişləri əsasında əlaqələndirildiyi iddia olunur.

Təşkilatın müxtəlif ölkələrdə öz təsir dairəsini genişləndirmək üçün geniş təhsil müəssisələri, şirkətlər, fondlar və qeyri-hökumət təşkilatları şəbəkəsindən istifadə etdiyi bildirilir.

Nəşrdə qeyd edilir ki, Türkiyədə 2016-cı ilin iyulunda baş verən dövlət çevrilişinə cəhddən sonra ölkə rəhbərliyi tərəfindən FETÖ ilə əlaqəli olan 2200-dən çox məktəb və 1000-dən artıq hazırlıq mərkəzi bağlanıb.

Xuraman Etibarlı

İnterpress.аz