İki ölkə arasında Türkiyədən Macarıstana təbii qaz ixracına dair razılıq əldə olunub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Müqavilə ilə Türkiyə ilk dəfə olaraq boru kəmərləri ilə qeyri-sərhəd Avropa ölkəsinə qaz ixrac edəcək.
Boru Hatları ve Petrol Taşıma AŞ (BOTAŞ) tərəfindən edilən açıqlamada BOTAŞ ilə Macarıstanın MVM CEEnergy dövlət şirkəti arasında Türkiyənin enerji sahəsindəki strateji hədəfləri və onun vizyonu istiqamətində tarixi təbii qaz ixracı müqaviləsi imzalandığı bildirilib.
Türkiyədən Macarıstana təbii qaz nəqlinin gələn ildən başlanmasının gözlənildiyi bildirilib və müqavilənin Türkiyənin LNG infrastrukturu və iki ölkənin təbii qaz anbarlarından istifadəyə dair əməkdaşlığı əhatə etdiyi bildirilib.
“Ölkəmizin təbii qaz təchizatı təhlükəsizliyinin qarantiyası olan BOTAŞ, bir Avropa ölkəsinə təbii qaz ixracında bir ilk olan müqavilə ilə Avropanın enerji təchizatı təhlükəsizliyinə də əhəmiyyətli töhfə verəcək. Türkiyə ilə sərhədi yoxdur”, – deyə məlumatda bildirilir.
Türkiyə yanvar ayında Bolqarıstanla 13 il müddətinə hər il 1,5 milyard kubmetr təbii qaz ixracına dair müqavilə imzalayıb.