Türkiyə polisindən SƏRT TƏDBİR – Saxta xəbər yayan 3 nəfər SAXLANILDIbackend

Türkiyə polisindən SƏRT TƏDBİR – Saxta xəbər yayan 3 nəfər SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə məktəblərə hücumlarla bağlı saxta xəbər yayanlar saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Prokurorluğu məlumat yayıb.

Türkiyədə məktəblərə qarşı hazırlanması iddia edilən hücumlarla bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxslərə qarşı əməliyyat keçirilib.

Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra panika yaradan və ictimai asayişi təhdid edən dezinformasiya yayan üç nəfər — N.E., R.K. və S.D. saxlanılıb.

Məhkəmənin qərarı ilə R.K. həbs edilib, N.E. barəsində məhkəmə nəzarəti qərarı seçilib, S.D. isə prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb.

Bununla yanaşı, İstanbul, İzmir, Ərzurum, Bursa və Qaziantepdə oxşar qanunsuz paylaşımlar edən altı sosial şəbəkə hesabının sahibi barəsində cinayət işi başlanılıb.

Ümumilikdə həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində dezinformasiya xarakterli və ictimai təhlükəsizliyə hədə olan 70 URL-ünvаnı bloklanıb.

Xuraman Etibarlı

İnterpress.az