Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı Almaniya XİN-in nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, səfir Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə çağırılıb.
Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir. Almaniyanın daxili işlər naziri Nensi Feser də istintaq başlanılmasını istəyib.