Türkiyə uyğurların Çinə deportasiyası ilə bağlı yayılan xəbərləri təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Türkiyə Prezidenti yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi KİV-də yayılan “Uyğur türklərinin Çinə deportasiya ediləcəyi” ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Sözügedən şəxs İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 17 oktyabr 2024-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 20 oktyabr 2024-cü il tarixində prosedura uyğun olaraq İstanbul Miqrasiya Məsələləri Müdirliyinin repatriasiya mərkəzinə aparılıb.
Çinə getmək istəyi ilə bağlı sənədlərdə onun imzasını almağa çalışdıqları barədə deyilənlər doğru deyil. İstintaq davam edir və bu günə qədər heç bir uyğur türkü deportasiya edilməyib.
6458 saylı Əcnəbilər və Beynəlxalq Mühafizə Qanununun 4-cü maddəsinə uyğun olaraq o, heç bir ölkəyə göndərilməyəcək. Əsassız bəyanatlara inanmayın”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az