Türkiyə XİN: Ankara Kərkükdəki son hadisələri yaxından izləyirbackend

Türkiyə XİN: Ankara Kərkükdəki son hadisələri yaxından izləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Kərkükdəki son hadisələri yaxından izləyir.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Keçəli bildirib.

“Ümid edirik ki, türkmən soydaşlarımız İraq siyasətində və hökumət strukturunda layiqincə təmsil olunacaqlar. Türkmən əhalisinin kompakt yaşadığı Kərkükdə (İraq Kürdüstanı) Altunköprü bələdiyyəsinə qeyri-türkmən müdir təyin edilməsi haqlı olaraq türkmən icmasında diskomfort və məyusluq yaradıb”, – Keçəli deyib.

İyunun 30-da Kərkükün yuxarıda adı çəkilən bölgəsində insanlar yerli administrasiyada vəzifə ayrılmadığı üçün etiraz aksiyasına çıxıblar.

Bu gün səhər saatlarında bölgə sakinləri Kərkükün yerli administrasiyasından tələblərinə cavab almadıqdan sonra Kərkük-Ərbil yolunu bağlayıblar.

Daha sonra yerli hakimiyyət orqanları rayondakı bütün müəssisə və təşkilatlarda vəzifə bölgüsünü yoxlamaq üçün komissiya yaratmaq qərarına gəliblər.

İraq türkmənləri İraqın şimal-şərqində və ortasında yaşayan türk xalqıdır. Onlar XI əsrdə bölgədə məskunlaşan oğuz tayfalarının nəslindən olub Qara Qoyunlu və Akkoyunlu konfederasiyalarının varisləri hesab olunurlar.

Türkmənlər İraqda ərəblər və kürdlərdən sonra üçüncü ən böyük xalqdır.

Xuraman Etibarlı

İnterpress.az