Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib.
“Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, – paylaşımda bildirilib.