Türkiyədə Antalyanın Alanya rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
“İnterpress.az” CNN Türk-ə istinadən xəbər verir ki, Alanyanın Dim Barajı ərazisində saat 12:00 radələrində meşə yanğını baş verib.
Yanğınsöndürən qruplar dərhal əraziyə yönəldilib. Yanğın yerinə çatan qruplar alovları qurudan və havadan söndürməyə başlayıb.