Türkiyədə Kırıkkale Balışeyh bələdiyyə başqanına silahlı hücum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Kırıkkale Balışeyh bələdiyyə başqanı Hilmi Şenə silahlı hücum edilib.
Silahlı hücuma məruz qalan bələdiyyə sədri Hilmi Şen həyatını itirib.
Qeyd edək ki, martın 31-də Yenidən Rifah Partiyasından bələdiyyə sədri seçilən Şen iyul ayında partiyasından istefa verib.
Xuraman Etibarlı
İnterpress.az