Türkiyədə dəfndən qayıdanlar qəzaya düşdü: 2 ölü, 2 yaralıbackend

Türkiyədə dəfndən qayıdanlar qəzaya düşdü: 2 ölü, 2 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dəfndən qayıdanlar qəzaya düşüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Konyada yaxınlarının dəfn mərasimindən qayıdan insanların minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Tahir Özkürkçigil idarə etdiyi avtomobillə Konya-Afyonkarahisar avtomobil yolu istiqamətində hərəkətdə olan R.A. idarə etdiyi yük maşını ilə toqquşub.

Qəzada sürücü Özkürkçigil hadisə yerində, avtomobildə olan Tevfik Kağanıcı aparıldığı xəstəxanada həyatını itirərkən, Bora Ö. və Fehmi Y. yaralanıb.

Avtomobildə olanlar yanğınsöndürənlərin işi ilə sıxılmış yerdən çıxarılıb.

Təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılan yaralılardan Fehmi Y-nin səhhətinin vəziyyətinin ağır olduğu öyrənilib.

Avtomobildə olan şəxslərin yaxınlarından birinin dəfnindən qayıtdıqları öyrənilib.