Şanlıurfada gənc qadını qaçırıb təcavüz edən 14 nəfər həbs olunub.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Türkiyənin Şanlıurfa şəhərində 21 yaşlı gənc qız silahlı şəxslər tərəfindən qaçırılaraq qrup şəklində təcavüzə məruz qalıb. Baş vermiş ağır cinayət hadisəsi ölkədə geniş əks-səda doğurub.
Dərhal başladılan istintaq çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib və hadisədə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Məhkəmənin qərarı ilə saxlanılanlardan 14-ü barəsində həbs qətimkan tədbiri seçilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






