Türkiyədə əqli qüsurlu fenomen haqda film çəkiləcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, “Mercedes Kadir” ekranlara gətiriləcək.
Malatyada əqli cəhətdən qeyri-sabit olan, maşın zənn etdiyi çubuqla dolaşan “Mercedes Kadir” ləqəbli Fatih Kaydının hekayəsi kinoya uyğunlaşdırılır.
Kino Malatyada “maşın” zənn etdiyi çubuqla gün keçirən və 18 aprel 2020-ci ildə dünyasını dəyişən “Mercedes Kadir” ləqəbli 36 yaşlı Fatih Kaydının həyatına həsr olunur.
Yeşilyurt səmtinin Tecde məhəlləsində yaşayan, şəhərdə hər kəsin “Mercedes Kadir” kimi tanıdığı Fatih Kaydı, avtomobil olduğunu düşündüyü, müxtəlif əşyalarla bəzədilmiş qovaq ağacından hazırlanmış çubuqla məhəlləni dolaşırdı.
Hər gün çubuqla kilometrlərlə yol qət edən, işıqforda dayanıb piyadalara yol verən “Mercedes Kadir” Malatyanın talismanı olub. Maşın zənn etdiyi çubuqla az qala bütünləşən “Mercedes Kadir”ə şəhərdə hər kəs hörmət edib, avtomobilinə yol verib.