Türkiyədə iki belaruslu alpinist yoxa çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İlkin məlumata görə, noyabrın 16-da Belarusdan olan iki bacı Aladağlar dağlarında yerləşən Edigel ərazisinə gəzintiyə çıxıblar.
“Əkiz bacılar Mariya və Valentina İvankovalar ötən şənbə, noyabrın 16-da Türkiyənin cənubundakı Çamarda şəhəri yaxınlığındakı Aladağlar dağ silsiləsini fəth etməyə gediblər.
Bir müddət sonra onlarla əlaqə kəsilib və xilasedicilər axtarışlara başlayıb. Bölgəyə kortəbii aviasiya göndərilib, lakin alpinistlər hələ də tapılmayıb”, – media yazıb.
İtkin düşən bacıların axtarışına Türkiyə Fövqəladə Hallar Nazirliyi (AFAD) və jandarma qrupları göndərilib.
Havadan və yerdən dəstək istifadə edərək axtarış-xilasetmə işləri davam edir.
Xuraman Etibarlı
İnterpress.az