Türkiyədə iki yük qatarı toqquşub, xəsarət alanlar varbackend

Türkiyədə iki yük qatarı toqquşub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə iki yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. 

Hadisə Adananın Pozantı rayonunda qeydə alınıb.

Ankara-Niğde istiqamətində hərəkətdə olan iki yük qatarı hələlik məlum olmayan səbəbdən toqquşub, 8 vaqon relsdən çıxıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində xəsarət alan 2 maşinist xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

İnterpress.az