Türkiyədə karantin bu gündən sərtləşdirilirbackend

Türkiyədə karantin bu gündən sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə karantin rejiminin sərtləşdirilməsiylə bağlı qəbul edilən yeni qərarların icrasına bu gündən etibarən başlanılır.

 

İnterpress.az xəbər verir ki, Türkiyədə çox yüksək riskli vilayətləri təmsil edən şəhərlərin sayı 58-ə çatıb. Yüksək risk qrupunda olan şəhərlərdə həftəsonu küçəyə çıxmaq qadağası bu gün axşam saat 21:00-dan başlayıb səhər saat 05:00-dək davam edəcək.

 

Çox yüksək risk qrupunda olan 58 şəhərdə isə həftə sonu küçəyə çıxma qadağası axşam saat 21:00-dan başlayıb aprelin 5-i saat 05:00- dək davam edəcək. Bu gün və sabah saat 10:00-dan 17:00- kimi marketlər və bir neçə xidmət sektoru fəaliyyət göstərəcək. Restoranlar saat 10:00 dan 20:00 kimi online şəkildə sifariş qəbul edəcək.

 

 

İnterpress.az