Türkiyədə səfərdə olan Tənzilə Rüstəmxanlı ilə Batman Universitetində görüş keçirilib – FOTObackend

Türkiyədə səfərdə olan Tənzilə Rüstəmxanlı ilə Batman Universitetində görüş keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir.

İnterpress.az xəbər verir ki, səfər çəçivəsində Tənzilə Rüstəmxanlı ilə Batman Universitetində görüş keçirilib.

Görüş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub.

Batman Universitetinin təşkilatçılığı ilə baş tutan görüşdə Türkiyəydə səfərdə olan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri də iştirak ediblər.

Qonaqları salamlayan ali təhsil ocağının rektoru, professor İdris Demir Tənzilə Rüstəmxanlının Batman Universitetini ziyarət etməsini yüksək dəyərləndirib.

O, Azərbaycanla Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən söz açıb, rəhbərlik etdiyi universitetin də quruluş qayəsinin bu münasibətləri daha da möhkəmləndirmək olduğunu söyləyib.

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və böyük şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırladan rektor daha sonra Batman Universitetinin beynəlxalq əlaqələrindən bəhs edib.

Tənzilə Rüstəmxanlı çıxışında Azərbaycan dövlətinin keçdiyi inkişaf yolundan, Azərbaycanın xarici ölkələrlə, xüsusilə Türkiyə ilə əlaqələrində Ümummilli Liderin yürütdüyü düzgün siyasətdən bəhs edib. Heydər Əliyevin elm, təhsil, müdafiə sənayesi, enerji təhlükəsizliyi, infrastruktur, inşaat, ətraf mühit sahələrində həyata keçirdiyi layihələrdən, milli-mənəvi dəyərlərimizi qorumasından danışılıb.

Tədbirin sonunda bədii proqram təşkil olunub.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ATEV sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində qardaş ölkənin bir çox bölgəsini ziyarət edərək müxtəlif görüşlər keçirirlər.