Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıbbackend

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə meadisı məlumat yayıb.

Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.

Belə ki, restoranda 3 nəfər; Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. iki şübhəli şəxsin atəş açması nəticəsində yaralanıb.

Hücum edən şəxslər hadisə yerindən qaçıb.

Əraziyə polis əməkdşaları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Erkan A. və Beyhan T.-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan vətəndaşı yüngül xəsarət alıb.

Polis hadisəni törədən şəxllərin saxlanılması üçün əməliyyata başlayıb./report