Türkiyədə təhsil alan azərbaycanlı polisə diplomu Ərdoğan təqdim edibbackend

Türkiyədə təhsil alan azərbaycanlı polisə diplomu Ərdoğan təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə “Zabitlik” kursu üzrə təhsil alan azərbaycanlı zabitə diplomunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan təqdim edib.

İnterpress.az xəbər verir ki, daxili işlər orqanlarının əməkdaşı Nuran Qənbərli ötən il Türkiyəyə “Zabitlik” kursu üzrə təhsil almağa göndərilib.

Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə Prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu şəxsən Türkiyə Prezidenti təqdim edib.

Qeyd edək ki, N.Qənbərli daxili işlər orqanlarında 2015-ci ildən çalışır. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2015-ci il məzunudur.