Türkiyəli jurnalist ölkədə dəlixanaların bağlanmasına ETİRAZ ETDİbackend

Türkiyəli jurnalist ölkədə dəlixanaların bağlanmasına ETİRAZ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli jurnalist ölkədə dəlixanaların bağlanmasına etiraz edib.

İnterpress.az xəbər verir ki, türkiyəli jurnalist Fatih Altaylı Avropa və ya postsovet ölkələrində olduğu kimi Türkiyədə də “dəlixana”ların olmasını tələb edib.

O bildirib ki, əvvəllər müalicəsi mümkün olmayan xəstələr psixiatriya xəstəxanalarının “dəlixanalarında” təcrid olunurdu.

“2012-ci ildə AKP-nin səhiyyə naziri Rəcəb Akdağ büdcə vəsaitlərinə qənaət etmək üçün bu yerləri bağlatdı.

Bütün bu ruhi xəstələr və təhlükəli insanlar küçələrə buraxıldı. Hazırda bu insanların qanuni olaraq təcrid oluna biləcəyi yer yoxdur. Məsələnin mahiyyəti budur”, – jurnalist vurğulayıb.

Xatırladaq ki, bir neçə gün qabaq Türkiyədə 19 yaşlı gənc iki gənc qızı öldürüb, hətta birinin başını kəsərək, bədənini hissələrə ayırıb. Daha sonra qatil özü də intihar edib.

Xuraman Etibarlı

İnterpress.az