Türkiyənin qədim Qordion şəhəri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilibbackend

Türkiyənin qədim Qordion şəhəri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin qədim Qordion şəhəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

“İnterpress.az” xəbər verir ki, bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib.

Bununla da Türkiyənin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş yerlərinin sayı 20-yə yüksəlib.

Qeyd edək ki, Ankarada yerləşən Qordion eramızdan əvvəl 12-ci əsrdə Hett İmperiyasının dağılmasından sonra yaranmış Frigiyanın siyasi və mədəni paytaxtı olub.