Türkmənistanda ilk YUNESKO klubu açılıbbackend

Türkmənistanda ilk YUNESKO klubu açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda ilk YUNESKO klubu Aşqabadda Milli Dünya Dilləri İnstitutunda açılıb.

Bu barədə “Türkmənistan: Qızıl əsr” rəsmi nəşri məlumat yayıb.

Klub “Dünya Dilləri” adlanır və bu beynəlxalq təşkilatın humanist prinsiplərini və ideallarını təbliğ etmək niyyətindədir. Layihə YUNESKO üzrə Türkmənistan Milli Komissiyasının katibliyi tərəfindən həyata keçirilib.

Yaxın vaxtlarda ölkədə YUNESKO-nun daha iki klubunun açılması planlaşdırılır: Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda, eləcə də regional universitetlərdən birində.

Xatırladaq ki, YUNESKO klubları təşkilatın prinsip və ideallarını bölüşən insanların birliyidir.