Twitter-də hesabların 20 faizi saxtadırbackend

Twitter-də hesabların 20 faizi saxtadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Twitter saxta və spam hesabların istifadəçilərin 5 faizindən azını təşkil etdiyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, lakin İlon Mask bundan şübhələnərək 44 milayrd dollarlıq satınalma müqaviləsinin detallar açıqlanana qədər dayandırıldığını deyib. SparkToro ve Followerwonk tərəfindən hazırlanan hesabatda aktiv Twitter hesablarının 19,42 faizinin saxta və ya spam olduğu iddia edilib. Bu rəqəm Twitter-in vediyi rəsmi rəsmi hesablamadan təxminən dörd dəfə çoxdur. Yeni hesabat Maksın haqlı ola biləcəyini göstərir.

Hesabata görə, 44 058 aktiv hesabdan ibarət təsadüfi verilənlər bazası təhlil edilib və onların 19,42 faizinin saxta və ya spam hesab olduğu üzə çıxıb. Sparktoro analizinə görə, 26 milyonu keçən Maskın aktiv izləyicilərinin 23,42 faizi saxta və ya spam hesabları ola bilər.