Ucarın kəndi bir ildir susuz qalıb – VİDEObackend

Ucarın kəndi bir ildir susuz qalıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusla bağlı klinik sınaqlarda 30 namizəd peyvənd var və bunlardan 9-u üçüncü mərhələ klinik sınaqdadır.

İnterpress.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Nümayəndəlikdən deyilib ki, bir peyvəndin təhlükəsiz və effektiv olub-olmadığını aşkar etməzdən öncə üçüncü mərhələdəki sınaqlardan əldə edilən məlumatlara ehtiyac var:

“Bəzi namizəd peyvəndlərdən bu məlumatların 2020-ci ilin sonunda və ya növbəti ilin əvvəlində əldə ediləcəyini gözləyirik. Düşünürük ki, nə qədər çox namizəd peyvənd olarsa, müvəffəqiyyət üçün bir o qədər çox imkan yaranar. Peyvənd üzərində iş gözləniləndən də sürətlə davam edir. 11 yanvar tarixində çinli tədqiqatçılar virusun genetik ardıcıllığını açıqlayandan sonra peyvənd üzərində iş başlayıb. ÜST yanvar ayından etibarən bu tədqiqatlara cəlb olunub. Klinik sınaqlar hazırda sınaqdan keçirilən peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərərsə, peyvəndlərin 2021-ci ilin ortalarında ölkələrə çatdırılacağını gözləyirik”.

 

İnterpress.az