Ufanın meri Ratmir Mavliyev saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ufan meri Ratmir Mavliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq İstintaq İdarəsinin binasına aparılıb.
İlkin məlumata görə, Mavliyevin saxlanılmasına “Raduqa” sanatoriyasına məxsus torpaq sahəsinin satışı ilə bağlı ortaya çıxan şübhəli məqamlar səbəb olub.
Məlumata görə, merlə birlikdə onun iki müavini — Rüstəm Xəziyev və Aqaraqim Kaqirqaciyev də saxlanılıb.
Qeyd olunur ki, şəhər administrasiyası və bütün şəhər xidmətləri adi rejimdə fəaliyyətini davam etdirir.

Xuraman Etibarlı
İnterpress.az






