Kişi qisas almaq məqsədilə keçmiş sevgilisinin intim fotolarını avtomobilinə yapışdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Hadisə Kaluqada baş verib. Cütlük ayrılsa da, 35 yaşlı kişidə keçmiş sevgilisinə qarşı şəxsi ədavət qalıb.
Şəkilləri özü çap edən şəxs onları təkcə avtomobilin üzərinə yapışdırmaqla kifayətlənməyib, həm də qadının poçt qutusuna atıb.
İndi həmin kişini məhkəmə gözləyir. O, şəxsi həyat haqqında məlumatların qanunsuz yayılmasında ittiham olunur.
Xuraman Etibarlı
İnterpress.az






