Ukrayna Baş Kəşfiyyat İdarəsi rəisinin həyat yoldaşını zəhərləyiblərbackend

Ukrayna Baş Kəşfiyyat İdarəsi rəisinin həyat yoldaşını zəhərləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun həyat yoldaşı Marianna Budanovanı zəhərləyiblər.

İnterpress.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, məlumatı Ukraynanın Xüsusi xidmət orqanı yayıb.

Bildirilib ki, sağlamlığı ağırlaşdığından Marianna Budanova hospitala yerləşdirilib. Müalicə kursu başa çatmaq üzrə olsa da, o hələ bir müddət həkim nəzarətində qalacaq.

Məlumata görə, ona ağır metalla zəhərlənmə diaqnozu qoyulub. Bu cür maddələr gündəlik həyatda və ya hərbi işlərdə heç bir şəkildə istifadə edilmir. Bu maddələrin tapılması onu göstərir ki, kimsə M. Budanovanı zəhərləyib.

Hazırda Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin həyat yoldaşını öldürməyə cəhdlə bağlı araşdırma aparılır.

Marianna Budanova 3 avqust 1993-cü ildə anadan olub. O, psixoloq, könüllü və ictimai xadim kimi tanınır.