Ukrayna Keniyada taxıl mərkəzi yaradacaqbackend

Ukrayna Keniyada taxıl mərkəzi yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniya prezidenti Vilyam Ruto Ukraynanın Afrikanın şərqindəki ərzaq problemini həll etmək üçün Mombasa limanında taxıl mərkəzi açacağını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski və Ruto Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində görüşüblər.

Ruto Zelenskinin Afrikanın şərqindəki təcili ərzaq ehtiyaclarını ödəmək üçün Mombasa limanında taxıl mərkəzi quracağına söz verdiyini söyləib.

Ruto həmçinin ölkəsinin iztirabları yüngülləşdirmək və dağıntıları dayandırmaq üçün Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dəstəyini ifadə edib. Afrikanın 25 ölkəsi hər il buğda idxalının üçdə birindən çoxunu Rusiya və Ukraynadan idxal edir.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri artan ərzaq qiymətləri səbəbindən çətin günlər yaşayan Afrika ölkələri iki ölkə arasında sülhün əldə edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd Qara dəniz Taxıl Dəhlizi Sazişinin dayandırılmasından təəssüfləndiyini bildirib və tərəfləri razılaşmanı davam etdirməyə çağırıb.