Ukrayna Macarıstanın hərəkətləri ilə bağlı cavab hüququnu bəyan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Sibiqa bildirib.
“Macarıstanın üç ukraynalı hərbçinin öz ərazisinə daxil olmasını qadağan etmək qərarı əsassız və absurddur.
Biz Macarıstanın manipulyasiyalarını rədd edirik və hərbçilərimizə qarşı belə hörmətsizliyə dözməyəcəyik.
Ukrayna buna cavab olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır”, – o deyib.
Xuraman Etibarlı
İnterpress.az