Ukrayna müharibəsində uduzan tərəf: “Nəticələr Rusiya üçün faciəlidir”backend

Ukrayna müharibəsində uduzan tərəf: “Nəticələr Rusiya üçün faciəlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terroru himayə edən dövlət kimi tanınan Rusiyanın rəsmi şəxsləri yenə bəşəriyyəti məhv etməklə hədələməyə başlayıblar. Avropa Şurası Parlament Assambleyası tərəfindən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin əsas təmsilçilərindən keçmiş prezident, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev “İzvestiya” qəzetində dərc olunan “Geri dönüşü olmayan nöqtələr” başlıqlı məqaləsində yenidən bəşəriyyəti məhv edə biləcəkləri ilə hədələyib.

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında bildirib ki, Medvedyevin belə bir məqalə ilə çıxış edərək, yenidən bəşəriyyəti dünyanın nüvə külünə qərq olunacağı ilə hədələməsi təsadüfi deyil:

“Ukraynaya qarşı müharibənin bir ili tamam oldu və nəticələr Rusiya üçün faciəlidir. Rusiya çox ağır itkilər verməkdədir. Ağlı başında olan hər kəs anlayır ki, Rusiya “qan” itirməkdən ölmək üzrədir. Medvedyevdən bir gün öncə isə Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin başçısı Putin “Moskva. Kreml. Putin” adlı televiziya proqramına müsahibəsində deyib ki, Qərbin əsas məqsədi Rusiyanı dağıtmaqdır. Putin bildirib Rusiya dağılacağı halda rus xalqı mövcudluğunu qoruya bilməyəcək və öz kimliklərinə malik yeni millətlər yaranacaq. Bir il öncə Ukraynanın “demilitarizasiya” və “denazifikasiya” məqsədi ilə başladılan “Xüsusi hərbi əməliyyat” adlı müharibənin Rusiyanın özü üçün faciəyə çevriəcəyini dünyada və Azərbaycanda çoxları təsəvvür belə edə bilmirdilər.
Qərb ölkələrinin və onların “satellitləri”nin dünya əhalisinin yalnız 15 faizini təşkil etdiyini, özlərinin isə daha çox olduğunu olduğunu yazan Medvedyev anlamır ki, bəşəriyyəti təhdid etdikləri nüvə külünün altında həmin çoxluq da qalacaq. Çoxluq dedikdə Medvedyev Çin və Hindistanı da aid etdikləri mücərrəd birlik nəzərdə tutulur. Çin və Hindistanın Rusiyanın avanturasının qurbanı olmağa hazır olmasını düşünmək üçün insan normal düşünmək qabliyyətini itirməlidir. Putin və Medvedyevlərin bu sayıqlamalarının yalnız bir səbəbi var: Qorxu”.