Ukrayna dronla Qroznı şəhərinin mərkəzinə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.
“Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Qroznı şəhərinin mərkəzinə hücum edib, xüsusi təyinatlı polis alayının binasının damına düşüb, itkilər var”, – Kadırov deyib.
Xuraman Etibarlı
İnterpress.az