Ukrayna Rusiya ilə danışıqlara və saziş bağlamağa hazır olduğunu bəyan etməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazır ki, Kiyev “sülhə hazır olduğunu” bəyan etməyə razıdır, lakin bu, davamlı sülh olmalıdır.
Daha əvvəl “Reuters” xəbər vermişdi ki, Yermakın başçılıq etdiyi Kiyev nümayəndə heyəti Vaşinqtonda Tramp komandasının yüksək vəzifəli nümayəndələri, o cümlədən Ukrayna üzrə gələcək xüsusi elçi Kelloqla görüşüb.
Kelloq bu yaxınlarda Ukrayna münaqişəsinə son qoymaq planı təklif edib. Bu, digər şeylərlə yanaşı, Kiyevin on il müddətinə NATO üzvlüyündən imtina etməsini təmin edirdi.
Xuraman Etibarlı
İnterpress.az