Ukrayna Trampın sülh planına razılıq verib — “CBS News”backend

Ukrayna Trampın sülh planına razılıq verib — “CBS News”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Donald Trampın sülh planına razılıq verib.

İnterpress.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata görə, Ukrayna və ABŞ tərəfi artıq əsas məqamlar üzrə anlaşma əldə edib və yalnız “kiçik texniki detalların” tamamlanması qalıb.

CBS News iddia edir ki, tərəflər planın konturlarını razılaşdırıb və proses yekun mərhələyə keçib.

Rəsmi Kiyev və Vaşinqton hələlik açıqlamanı təsdiqləməyib. Lakin danışıqlarla bağlı son günlər artan məlumat sızmaları razılaşmanın yaxın olduğuna işarə edir.

Xuraman Etibarlı

İnterpress.az