Ukrayna və Fransa prezidentləri telefonla DANIŞDIbackend

Ukrayna və Fransa prezidentləri telefonla DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Fransa prezidentləri arasında bir saatlıq söhbət olub.

İnterpress.az xəbər verir ki, bu barədə Makronun X hesabında məlumat verib.

Ukrayna və Fransa prezidentləri Zelenski və Makron telefonla cəbhədəki vəziyyəti və Kiyevin müdafiə ehtiyaclarını müzakirə ediblər.

Onlar hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə, o cümlədən SAMP/T sistemləri üçün raketlərin tədarükünə və ələ keçirən dronların maliyyələşdirilməsinə xüsusi diqqət yetiriblər.

Makron “Mirage” qırıcılarında təlim keçmək üçün əlavə ukraynalı pilotları qəbul etməyə hazır olduğunu təsdiqləyib.

Zelenski də öz növbəsində Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbul edilməsinə verdiyi töhfəyə görə Parisə təşəkkür edib.

Xuraman Etibarlı

İnterpress.az