Ukraynada 18 jurnalist həlak olubbackend

Ukraynada 18 jurnalist həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ordusunun hücumları nəticəsində 18 jurnalistin öldüyünü, 13-nün yaralandığını açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat paylaşıb.

Bildirilir ki, Rusiyanın hücumlarının başladığı 24 fevraldan bəri Ukraynada 3-ü qadın olmaqla 18 jurnalist öldürülüb.

“Müharibə zamanı müxtəlif hücumlar nəticəsində 13 jurnalist yaralanıb, 3 jurnalist itkin düşüb, 4-ü qadın olmaqla 8 jurnalist qaçırılıb”, – deyə mılumatda qeyd olunub.