Ukraynada qadın həkimlərin məcburi səfərbərliyinə başlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. İlk məcburi səfərbərlik halları Vinnitsa vilayətindən bildirilib.
“Biz bunu kameraya çəkdik. Kənddəki qonşu qadını hərbi geyimli şəxslər zorla ağ maşına mindirərək aparıblar. Əvvəlcə onlar ruslara kömək edən ola biləcəyini düşündük, lakin sonra onun yerli RTC tərəfindən qaçırıldığını bildik.
Qonşu həkimdir və hərbi xidmətə çağırılıb. Baxmayaraq ki, onun övladı var. Dedilər ki, o, çağırış vərəqələrinə əməl etmir. İcmanın mərkəzindəki bütün kişiləri bir anda və heç bir çağırış olmadan tskaşniklər yığıblar”, – yerli sakinlər bildirib.
Xuraman Etibarlı
İnterpress.az