Ukraynada təyyarə qəzasında ölənlərin hamısının meyiti tapılıbbackend

Ukraynada təyyarə qəzasında ölənlərin hamısının meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı xilasedicilər Xarkov vilayətinin Çuguyev şəhərində An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 25 nəfərin hamısının meyitini aşkarlayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).

Bir kursant xilas olub: O, son anda təyyarədən tullanmağı bacarıb.

Kursant hazırda orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanadadır.