Ukraynadakı simvolik abidənin adı dəyişdirilibbackend

Ukraynadakı simvolik abidənin adı dəyişdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyevdə nasist-sovet müharibəsinin xatirəsinə ucaldılmış Milli Tarix Muzeyindəki Vətən abidəsinin qalxanından sovet gerbi götürülüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ukrayna tridenti (Ukrayna gerbi) Vətən abidəsinin sipərində sovet gerbinin yerinə qoyulacaq.

Məlumata görə, abidədə sovet gerbinin dəyişdirilməsi, heykəlin və muzeyin adının dəyişdirilməsi yeni ümumi imici əks etdirəcək.

Dnepr çayının üzərində ucalan, 102 metr hündürlüyündə olan Vətən abidəsinin sağ əlində 16 metr uzunluğunda qılınc, solunda isə sovet gerçəsi, oraq-çəkiclə bəzədilmiş qalxan var.

1981-ci ildə Ukrayna əsilli Sovet lideri Leonid Brejnev tərəfindən açılışı edilən heykəl dünyanın ən hündür beşinci heykəli və ölkənin ən hündür abidəsidir.